RU

​"Fənərbaxça" ulduz futbolçuya elçi düşdü

"Fənərbaxça" transfer fəaliyyətlərini davam etdirir. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi "Mançester Yunayted"in icarə əsasında "Aston Villa"da oynayan futbolçusu Jadon Sançonun xidmətində maraqlıdır. Sançonun hər iki klubla müqaviləsi mövsümün sonunda bitir. İngiltərə mətbuatının məlumatına görə, tərəflər arasında danışıqlar həyata keçirilib. Danışıqların məhsuldar alındığı barədə xəbərlər dərc edilib.

Qeyd edək ki, Jadon Sanço bu mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində "Fənərbaxça"nın "Aston Villa"ya qarşı ev oyunda matçın tək qoluna imza ataraq, komandasına qələbə qazandırıb.

Избранный
8
metbuat.az

1Источники