RU

Oyun başlayandan futbolçularımızı zədələmək istəyirdilər Abbasov darmadağını şərh etdi

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

2-ci Liqanın 17-ci turu çərçivəsində bu gün səfərdə "Ağdaş"ı 4:0 hesabı ilə məğlub edən "Qaradağ Lökbatan" liderliyə yüksəldi. Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şəmkir" və "Ağstafa Gəncləri" ilə səfər qarşılaşmalarını nəzərə alsaq, bu meydan daha yaxşı idi. Həm də dünən yağış yağmışdı deyə meydan yumşaq idi.

Düzdür, rəqib oyuna bir qədər aqressiv başladı. Bir-iki dəfə vurdular bizim oyunçuları. Sırf fikirləri bu idi ki, zədələsinlər uşaqları... Biz də hakimlərə, özlərinə etirazımızı bildirdik, sakitləşdilər.

Bilmirəm nə idi, nə aqressiya idi bizə qarşı... Oyun başlayandan futbolçularımızı zədələmək istəyirdilər. Şükürlər olsun ki, yaxşı qurtardıq. Əsas odur ki, istədiyimiz 3 xalı aldıq. İlk yarıda qollar vurmaq istəyirdik. Fasiləyə qədər 3 dəfə fərqlənə bildik. İkinci yarıda dəyişikliklər etdik, az oynayan futbolçulara şans verdik. Onlar da yaxşı mübarizə apardılar, hesab arasındakı fərqi artırdılar. Ümumilikdə yaxşı oyun oldu. 

Komanda özünəinam yüksək səviyyədədir. Qarşıdakı matçlarda köklənəcəyik".

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
fanat.az

2Источники