Musa Ağayev erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.Metbuat.az-ın məlumatına görə, Azərbaycan növbəti medalını qazanıb.Musa Ağayev (65 kq) erməni rəqibi Arman Musikyanı məğlub edərək Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq) gümüş medal qazanıb.