RU

Trampın İranla bağlı Venesuela ssenari si: ABŞ ın əsl hədəfi məlum oldu

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın İran siyasəti getdikcə daha sərt və praktik xarakter alır. Əvvəlki dövrlərdə xalq üsyanına çağırışlar edən Ağ Ev, indi “Venesuela ssenarisi”ni müzakirəyə çıxarır. Yəni rejimin əsas strukturunu saxlayaraq, ABŞ-a loyal liderin hakimiyyətə gəlməsi məsələsi gündəmdədir. Hazırda Donald Tramp İrana rəhbərlik üçün mümkün “namizədlər” siyahısına malik olduğunu bildirir. Buna rəğmən hazırda İranda hakimiyyət mərhum Əli Xameneinin oğlu Muctəba Xameneiyə məxsusdur.  

Globalinfo.az-ın xəbərinə görə, ABŞ ordusunun ehtiyatda olan polkovniki Maylz Keggins “Radio Azadlıq”a müsahibəsində bildirib ki, Vaşinqton İrandan yalnız etibarlı tərəfdaş görmək istəyir, insan haqları məsələsi isə prioritet deyil.

Kegginsin sözlərinə görə, əməliyyatın ilk günlərində ABŞ və İsrail Hərbi Hava Qüvvələri İranın hava hücumundan müdafiə sistemini demək olar ki, sıradan çıxarıb və hərbi təyyarələri bloklayıb. Hazırda bölgə hava məkanına “F-15”, “F-22”, “F-35” döyüş təyyarələri və “B-2”, “B-52” strateji bombardmançılar tam nəzarət edir.

“Hava üstünlüyü Vaşinqton strategiyasının təməlidir. Bun olmadan İranın nüvə proqramı və hərbi potensialı tam neytrallaşdırıla bilməz,” – deyə Keggins bildirir.

Polkovnik qeyd edir ki, neft amili əməliyyatın əsas sütunlarından sayılır. Çinin, Rusiyanın və Hindistanın neft tədarükünün bloklanması qlobal bazarda ABŞ-ın mövqeyini gücləndirir. Hörmüz boğazının bağlanması halında Pekin birbaşa Vaşinqtonla razılaşmaq məcburiyyətində qalacaq. Tramp isə benzinin dəyərinin yüksəlməsini “azadlıq və təhlükəsizlik üçün müvəqqəti qiymət” adlandırır.

Keggins hesab edir ki, ABŞ “Venesuela ssenarisi”ni sürətləndirmək istəyir, çünki uzanan münaqişə Trampın daxili reytinqlərinə mənfi təsir göstərir. İrana kapitulyasiya şərtləri təqdim olunacaq: ABŞ-ın himayəsi altında yeni lider hakimiyyətə gəlməlidir.

Lakin İran “Venesuela modeli”ndən fərqlidir. Burada etnik faktorlar (bəluclar, kürdlər və s.), daxili legitimlik və təhlükəsizlik məsələləri yeni liderin seçilməsini çətinləşdirir. Kegginsin fikrincə, əsas hədəf demokratiya deyil, təhlükəsizlik və iqtisadiyyatdır: yeni rəhbər müttəfiqlərə təhdid yaratmamalı və ABŞ üçün sərfəli sazişlər bağlamalıdır.

Beləliklə, ABŞ-ın İran strategiyasında əsas prioritet təhlükəsizlik və iqtisadi maraqlardır. Demokratik islahatlar və insan haqları məsələsi ikinci planda qalır. Məqsəd isə regionda stabilliyi qoruyaraq, İranın davranışını Vaşinqton üçün proqnozlaşdırıla bilən etməkdir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
110
globalinfo.az

1Источники