RU

Kobaxidze: Gürcüstan ATƏT PA ilə əməkdaşlığa sadiqdir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 10 mart, AZƏRTAC

Gürcüstan ATƏT Parlament Assambleyası ilə qarşılıqlı hörmətə əsaslanan konstruktiv əməkdaşlığa sadiq qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” sosial platforma hesabında yazıb.

ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sampietronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü barədə məlumat verən Baş nazir qeyd edib ki, görüşdə regional təhlükəsizlik və ATƏT ilə tərəfdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
azertag.az

2Источники