RU

“iPhone” istehsalı Çindən köçürülür: Bu ölkə əsas mərkəzə çevrilir

ABŞ-ın texnologiya nəhəngi "Apple" 2025-ci ildə Hindistanda "iPhone" istehsalını 53% artırıb və hazırda şirkətin bütün smartfonlarının təxminən dörddə biri bu ölkədə istehsal olunur. Ölkə.Az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Hindistanda 55 milyon "iPhone" yığılıb. Bu göstərici bir il əvvəl 36 milyon idi. Ümumilikdə isə şirkətin illik "iPhone" istehsalı – əsas hissəsi Çində olmaqla – 200–230 milyon ədəd səviyyəsində qiymətləndirilir.

Agentlik bildirir ki, 2025-ci ildə "Apple" ABŞ-ın Çin mallarına tətbiq etdiyi idxal rüsumları səbəbindən istehsalın bir hissəsini Çindən başqa ölkələrə köçürməyə başlayıb. Bu prosesdə Hindistan ABŞ bazarı üçün "iPhone" istehsalının artırılması baxımından əsas ölkələrdən birinə çevrilib. Halbuki Hindistanla ABŞ arasında ticarət münasibətlərində də zaman-zaman gərginlik müşahidə olunurdu.

Bununla belə, vəziyyət bu il dəyişə bilər. Belə ki, bir tərəfdən 31 martda Hindistanda smartfon istehsalına verilən dövlət subsidiyalarının müddəti başa çatır, digər tərəfdən isə ABŞ Ali Məhkəməsi Ağ Evin tətbiq etdiyi idxal rüsumlarının əsas hissəsini ləğv edib.

Bu fonda "Apple" və onun rəqibləri, o cümlədən "Samsung Electronics" Hindistan hökumətindən smartfon istehsalının dəstəklənməsi üçün yeni təşviq mexanizmlərinin tətbiqini xahiş edirlər. Məqsəd ölkədə istehsal olunan məhsulların qlobal bazarda rəqabət qabiliyyətini qorumaqdır.

"Apple" Hindistanda məhsul istehsalına 2017-ci ildə başlayıb. ABŞ və Hindistan mediasının qeyd etdiyi kimi, şirkət həm Çin təchizatçılarından asılılığı azaltmaq, həm də dünyanın ən böyük bazarlarından biri olan Hindistanda mövqelərini gücləndirmək üçün istehsalını şaxələndirir.

Избранный
29
2
olke.az

3Источники