RU

Avropa Komissiyası rəhbəri strateji səhvləri etirafETDİ

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen strateji səhvləri qəbul etməyə başlayıb və bu səhvlərin siyahısının uzun olacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev sosial şəbəkə hesabında paylaşım edib.

“Ursula strateji səhvləri etiraf etməyə başlayıb. Siyahı uzun olacaq, amma heç olmasa başlanğıc qoyuldu”, - deyə paylaşımda bildirilir.

Rusiya fondunun rəhbəri bu fikirləri fon der Lyayenin Avropada atom enerjisinin payının azaldılmasının strateji səhv olduğunu deməsinə cavab olaraq səsləndirib.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqını dərhal Rusiya nefti və qazının tədarükünə icazə verməyə çağırıb. Diplomatın sözlərinə görə, Brüssel qadağanı aradan qaldırmasa, bu addım Avropa iqtisadiyyatına son dərəcə ciddi zərbə vuracaq.

Xədicə BAXIŞLI

Избранный
66
1
redaktor.az

2Источники