Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sampietronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri bu barədə sosial "X"dəki hesabında məlumat verib.
İ.Kobaxidzenin sözlərinə görə, görüş zamanı regional təhlükəsizlik məsələləri və ATƏT ilə tərəfdaşlığın daha da gücləndirilməsi müzakirə olunub.
"ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sampietronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüm. Söhbətimiz regional təhlükəsizlik və ATƏT ilə tərəfdaşlığın gücləndirilməsi məsələləri olub", – o bildirib.
Kobaxidze qeyd edib ki, Gürcüstan qarşılıqlı hörmətə əsaslanan konstruktiv əməkdaşlıq kursuna sadiq qalır.