RU

Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"

"Milan"ın yarımmüdafiəçisi Adrien Rabio İtaliya A Seriyasının növbəti turunu buraxmalı olacaq.

QOL.az xəbər verir ki, 28-ci turda "İnter"ə qarşı keçirilən derbi matçında (1:0) sarı vərəqə alan futbolçu cəzalı duruma düşüb. Mövsüm ərzində 5-ci sarı vərəqəsini alan Rabio martın 15-də "Latsio"ya qarşı keçiriləcək vacib qarşılaşmada iştirak edə bilməyəcək. Reqlamentə əsasən, futbolçu həmçinin 30 min avro məbləğində cərimə də ödəməlidir.

Rabio cəzalı duruma düşməsi barədə verdiyi açıqlamada bu məcburi fasiləyə müsbət yanaşdığını bildirib:

"Bu istirahət dizimdəki kiçik ağrıları bərpa etmək üçün mənə kömək olacaq. "Latsio" ilə oyunu qaçırsam da, iki həftə sonra "Torino"ya qarşı matçda komandama qoşulacağam. Komanda yoldaşlarıma inamım tamdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
2
qol.az

3Источники