RU

Pakistandan Yaxın Şərqdəki müharibəyə görə KRİTİK QƏRARLAR

Yanacaq qiymətlərinin dünya bazarında artması fonunda Pakistan fövqəladə tədbirlər tətbiq edərək bütün məktəbləri bağlayıb və dövlət sektoruna həftədə dörd gün işləmək öhdəliyi qoyub.

Publika.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Baş nazir Şahbaz Şərif Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq, hökumətin yanacaq istehlakını azaltmağa və tədarükdə yarana biləcək kəsintilərə hazırlaşmağa ehtiyacı olduğu barədə xəbərdarlıq edərək müvafiq tədbirləri elan edib. Şərif televiziya vasitəsilə müraciətində bildirib ki, ölkə boyu məktəblər iki həftəlik bağlanacaq, universitetlər və digər ali təhsil müəssisələri isə həmin müddət ərzində onlayn təhsilə keçəcək.

"Yaxın iki ay ərzində dövlət qurumlarının yanacaq kompensasiyaları 50 faiz azaldılacaq", — baş nazir əlavə edib.

O deyib ki, dövlət müəssisələri həftədə yalnız dörd gün işləmək məcburiyyətində qalacaq, dövlət qulluqçularının yarısına isə məsafədən işləmək tapşırılacaq.

Избранный
2
4
publika.az

5Источники