RU

Birinci Şahsevən kəndində bayram ab-havası - icra başçısının qəbulu Bayrama çevrildi-FOTO

Beyləqan rayonu Birinci Şahsevən kəndində Yel Çərşənbəsi qeyd olunub. 

Beyləqan rayonunda Novruz bayramı ərəfəsində milli-mənəvi dəyərlərimizi əks etdirən çərşənbələrin qeyd olunması ənənəvi olaraq davam etdirilir. Novruzun üçüncü çərşənbəsi olan Yel Çərşənbəsi münasibətilə rayonun Birinci Şahsevən kəndində bayram ab-havası yaşanıb.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Birinci Şahsevən kəndində keçirdiyi səyyar vətəndaş qəbulunun həmin gün Yel Çərşənbəsinə təsadüf etməsi münasibətilə qəbuldan dərhal sonra kənd sakinləri ilə birlikdə bayram tədbiri təşkil olunub.

Paytaxt.org bildirir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Eşad Əzimov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, RİH başçısı aparatının məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Bayram tonqalı şəhid İmran Məmmədlinin oğlu tərəfindən alovlandırılıb. Tonqal ətrafında bir araya gələn tədbir iştirakçıları Novruzun sevincini bölüşərək qədim xalq ənənələrimizi yaşadıblar. Məktəblilərin təqdim etdiyi rəqslər və səhnəciklər bayrama xüsusi rəng qatıb, milli adət-ənənələrimizi özündə əks etdirən Novruz mərasimləri nümayiş etdirilib.

Daha sonra Beyləqan Rayon Mədəniyyət nümayəndəliyi tərəfindən hazırlanmış konsert proqramı təqdim olunub, səslənən musiqilər və folklor nümunələri tədbirə bayram əhval-ruhiyyəsi bəxş edib.


Избранный
35
paytaxt.org

1Источники