RU

Əməliyyat olunan Xalq artisti səhhətindən DANIŞDI Eksklüziv

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xalq artisti Şeyx Əbdül Mahmudov səhhəti ilə bağlı açıqlama verib. Bu barədə sənətçi Bizim.Media-ya danışıb. O bildirib ki, mədəsindən əməliyyat olunduqdan sonra evində müalicəsini davam etdirir:

 

“Yüngül formada mədəmi əməliyyyat etdirdim. İndi müalicə olunuram. O ki qaldı, digər xəstəliklər...  Yaralarım sağalsın, sonra onlarla məşğul olacam.  Hamısından pis xəstəlik qocalıqdır. Bütün xəstəliklərə çarə tapmaq olur, ona yox. Bir ay öncə xəstəxanaya yerləşdirildim, o biri xəstəliklərə toxunmaq olmur. Çünki mədəmdə qanaxma başladı. Sağ olsun həkimlərim mədə məsələmi yoluna qoydular, bir həftədir ev şəraitində bərpa olunuram”.

Sənətçi həmçinin Mədəniyyət Nazirliyindən onunla mütəmadi əlaqə saxladıqlarını bildirib:“ARKA-da bədii şurada fəaliyyətimi davam etdirirəm, Nazirin köməkçisi ilə də əlaqə saxlayırıq, hal-əhval tuturuq. Həkimlər əllərindən gələni edirlər. Dostlarım Moskvadan dərmanlarımı göndərirlər. Hər şey Allahın və orqanizmimin ümidinə qalıb. Hələ ki, özümü normal hiss edirəm, evdə normal hərəkət edirəm, yeriyirəm. Amma çölə-çıxmıram. O da bu həftəsonu inşallah...”Sara, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
bizim.media

2Источники