RU

ABŞ və İsrailin İrana qarşı müharibəsi-İranın isə cavab zərbələrinin 10-cu günü- XÜLASƏ

ABŞ və İsrailin İranı hədəf aldığı, İranın isə cavab zərbələri ilə reaksiya verdiyi gərginlikdə qarşılıqlı açıqlamalar və hücumlar ard-arda davam edir.

Vətəninfo.az   ABŞ və İsrailin İrana qarşı hücumunun 10-cu günündə, baş verənləri yenidən xatırladır.

 

ABŞ müdafiə naziri Heqset: Bu gün İrana qarşı hücumların ən intensiv günü olacaq

ABŞ müdafiə naziri Pit Heqset İrana qarşı həyata keçirilən əməliyyatda ən intensiv hücumların bu gün baş verəcəyini bildirib.

Jurnalistlərə açıqlama verən Heqset indiyədək ən çox döyüş və bombardman təyyarəsinin istifadə olunacağını, hədəflərinin İranın raket və müdafiə sənayesi ilə yanaşı, onun hərbi donanmasını da məhv etmək olduğunu qeyd edib.

Əbu-Dabi Milli Neft Şirkətinin fəaliyyət göstərdiyi obyektə PUA hücumundan sonra yanğın baş verib.

Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkəti ADNOC-un gündə 922 min barel neft emalı gücünə malik müəssisəsinin yerləşdiyi Ruveys Sənaye Bölgəsində pilotsuz uçuş aparatı (PUA) hücumundan sonra yanğın baş verib.

Əbu-Dabi rəsmiləri hadisə nəticəsində xəsarət alan olmadığını açıqlayıblar.

Ruveys Sənaye Bölgəsi eyni zamanda BƏƏ-də kimya, gübrə və sənaye qazlarının istehsal olunduğu müəssisələrin əsas mərkəzidir.

– Bəhreyn: İran mənbəli hücumlarda 102 raket və 173 PUA zərərsizləşdirilib.

Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı İran mənbəli hücumlarda 102 ballistik raket və 173 pilotsuz uçuş aparatının hava müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumundan sonra İran Körfəz ölkələrinə qarşı raket zərbələri endirməyə başlamışdı. Bəhreyn Müdafiə Qüvvələri ölkəyə yönəldilən 102 ballistik raket və 173 PUA-nın hava müdafiə sistemləri tərəfindən məhv edildiyini bildiriblər.

Hücumları “İranın terrorçu təcavüzü” adlandıran Bəhreyn rəsmiləri müdafiə sistemlərinin ölkənin hava məkanını qorumağa davam etdiyini qeyd ediblər.

Komandanlıq vurğulayıb ki, ballistik raket və PUA-ların mülki əraziləri və şəxsi mülkləri hədəf alması beynəlxalq humanitar hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır.

 

-Qətər: İranın təcavüzü ilə mübarizə prioritetimizdir

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, İranın təcavüzü ilə mübarizə onların prioritetidir və ölkə özünü müdafiə etməyə davam edəcək.

Əl-Ənsari qeyd edib ki, Qətər hələ də diplomatiyaya inanır, lakin hər hansı hücuma uyğun cavab verəcək. O əlavə edib ki, müharibə başlayandan bəri Qətərin baş naziri ilə İranın xarici işlər naziri arasında yalnız bir dəfə əlaqə olub, kommunikasiya kanalları bağlanmayıb, lakin Qətər gərginliyin azaldılmasına fokuslanıb.

Sözçü həmçinin kritik obyektlərin hədəf alınma ehtimalına qarşı lazımi tədbirlərin görüldüyünü vurğulayıb və enerji obyektlərinə hücumların təhlükəli olduğunu, bunun regiondan kənarda da mənfi təsirlər yarada biləcəyini bildirib.

– İran Banqladeşə məxsus neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verdi

ABŞ və İsrailin İrana hücumları və İranın cavab zərbələri fonunda enerji təchizatı ilə bağlı narahatlıqlar davam edərkən, İranın Banqladeşə məxsus neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsinə icazə verdiyi bildirilir.

“The Business Standard” qəzetinin xəbərinə görə, Dəkkə rəhbərliyi Yaxın Şərqdəki münaqişələrin dünyanın ən kritik enerji nəqli marşrutlarından biri olan Hörmüz boğazında gəmi hərəkətini təhdid etməsi səbəbindən İrandan Banqladeş bayrağı altında üzən neft tankerlərinin təhlükəsiz keçidi üçün təminat istəyib. İran isə boğaza daxil olmadan əvvəl səlahiyyətli qurumlara məlumat verilməsi şərti ilə Banqladeşə məxsus neft və LNG daşıyan gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsinə icazə verib.

-İraq hava məkanının bağlı qalma müddətini daha 3 gün uzatdı

ABŞ və İsrailin İrana hücumlarının davam etməsi səbəbilə hava məkanını uçuşlara bağlayan İraq bu qərarın müddətini daha 3 gün uzadıb.

İraq Mülki Aviasiya Təşkilatının yazılı açıqlamasına görə, Yaxın Şərqdəki gərginliyin davam etməsi səbəbindən ölkənin hava məkanı daha 72 saat uçuşlara bağlı qalacaq.

Açıqlamada bildirilib ki, bu müddət 13 mart cümə günü saat 12:00-dək uzadılıb.

 

 

 

İraq 28 fevralda ABŞ və İsrailin İrana hücumlarını pislədiyini bildirərək hava məkanını 24 saatlıq uçuşlara bağladığını elan etmişdi.

– İran parlamentinin sədri Qalibaf: Biz qətiyyən atəşkəs axtarmırıq

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial media hesabında paylaşdığı mesajda belə yazıb:

“Biz qətiyyən atəşkəs axtarmırıq. Təcavüzkarın ağzına möhkəm bir yumruq vurulmalı olduğuna inanırıq ki, dərsini alsın və bir daha heç vaxt sevimli İranımıza hücum etməyi düşünməsin.”

Qalibaf əlavə edib:

“Sionist rejim öz utancverici mövcudluğunu və hakimiyyətini möhkəmləndirmək üçün müharibə-danışıqlar-atəşkəs və sonra yenidən müharibə dövrünü davam etdirir. Biz isə bu dövrü qıracağıq.”

ABŞ prezidenti Donald Tramp dünənki açıqlamalarında ölkəsinin İsraillə birlikdə İrana qarşı başladığı müharibədə atəşkəs axtardığına dair fikirlər səsləndirmişdi.

– İranda dağıntılar dərinləşir

ABŞ və İsrailin İrana hücumları nəticəsində Tehranın şərqində yerləşən Risalet meydanı və Kərəc şəhərinin cənub-qərbindəki Mehşəhr bölgəsi ciddi zərər görüb.

– Binyamin Netanyahu İran hücumlarını davam etdirəcəyini bildirib.

Netanyahu, İsrail Səhiyyə Naziri Haim Katz ilə Milli Səhiyyə Mərkəzinə səfəri zamanı çıxış edib bə Netanyahi  İranın müqavimətini qırdıqlarını və hücumların davam edəcəyini açıqlayıb.Məqsədin İran xalqını “rejimdən qurtarmaq” olduğunu iddia edən İsrail lideri müdafiənin əhəmiyyətinə və İsrail xalqının inamına diqqət çəkib.

 

– Məhəmmed Şiya əs-Sudani ABŞ-a hava məkanı ilə bağlı xəbərdarlıq edib.

Sudani, Marco Rubio ilə telefon danışığında İraq hava məkanının regional hərbi əməliyyatlar üçün istifadə edilməməsi gərəkdiyini vurğulayıb. ABŞ və İsrailin İrana hücumlarından sonra İraq hava məkanına çox sayda döyüş təyyarəsi və raket daxil oluduğunu bildirən Sudani hər hansı tərəfin hava məkanını pozmasını rədd etdiklərini bildirib.

– İran raket platformalarını hədəfə aldı

ABŞ, İranın raket  qurğularını vurulduğunu göstərən görüntüləri yayımladı. Rəsmi Vaşinqton tərəfindən edilən açıqlamada bildirilir ki, İran rejimi rqurğuları  gizlətməyə çalışsa da, ABŞ onları axtarmağı dayandırmayacaq.

İrana qarşı  hücumlarda “təhlükə yaradan” hədəflər vurulub.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran əleyhinə 10 gündür davam edən əməliyyatlarda “təhlükə yarada bilən” hədəfləri vurduğunu açıqlayıb.10 günlük əməliyyatın xülasəsinə görə: 5 mindən çox hədəf zərər görüb, İranın 50-dən çox dəniz vasitəsi dağıdılıb və ya zədələnib. Əməliyyatın məqsədi İranın təhlükəsizlik infrastrukturunu zəiflətməkdir və xüsusilə “təhlükə yaradan” hədəflər hədəfə alınıb. Vurulan hədəflər arasında: komanda və nəzarət mərkəzləri, İnqilab Keşikçiləri Ordusuna aid qərargah binaları, kəşfiyyat obyektləri, inteqrasiya olunmuş hava müdafiə sistemləri, ballistik raket sahələri, İran donanmasına aid gəmi və sualtı qayıqlar, gəmi əleyhinə raket mövqeləri, həmçinin ballistik raket və pilotsuz uçuş aparatları istehsal müəssisələri var.

Əməliyyatda istifadə olunan vasitələr: B-1, B-2, B-52 bombardman təyyarələri; F-15, F-16, F-18, F-22 və F-35 döyüş təyyarələri; MQ-9 Reaper PUA-lar; Patriot və THAAD hava müdafiə sistemləri; nüvə enerjili təyyarə daşıyıcıları, idarə olunan raket gəmiləri və HIMARS raket sistemləri. Həmçinin elektron müharibə təyyarələri, erkən xəbərdarlıq və nəzarət sistemləri, kəşfiyyat təyyarələri, tanker təyyarələri və müxtəlif pilotsuz sistemlərdən istifadə olunub.

– Birləşmiş Ərəb Əmirlikləri İraqdakı konsulluq binasına PUA hücumu edildiyini açıqladı.

-BƏƏ Xarici İşlər Nazirliyi, İraq Kürd Regional Hökuməti (İKBY) bölgəsindəki konsulluq binasına pilotsuz hava vasitəsi (PUA) ilə hücum edildiyini bildirib.

Məlumatda deyilir ki, hücum “xain terror aktı” kimi qiymətləndirilir, konsulluq binasında zərər olsa da, ölən və yaralananalar yoxdur.

 

-Donald Trump: İran Hürmüz Boğazını bağlasa, ABŞ “20 qat daha sərt” cavab verəcək

ABŞ Prezidenti Donald Trump İranın Hürmüz Boğazında neft axınını dayandırması halında, ABŞ-ın İranı indiyədək gördüyü hücumlardan 20 dəfə sərt şəkildə cəzalandıracağını bildirib.

Trump qeyd edib ki, bu halda ABŞ “asanlıqla məhv edilə biləcək hədəfləri” vuracaq və İranın ölkə olaraq bərpasını demək olar ki, mümkünsüz edəcək. Həmçinin Hürmüz Boğazının açıq qalmasının Çin də daxil olmaqla boğazı istifadə edən ölkələr üçün “ABŞ hədiyyəsi” olduğunu söyləyib.

 

Kərkük: Haşdi Şabi qərargahına PUA hücumu – 4 ölü, 12 yaralı

İraqın Kərkük şəhəri yaxınlığında, Dibis bölgəsində Haşdi Şabi qərargahına pilotsuz hava vasitəsi ilə hücum olunub. Hücum nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

-İran 10 gündə 7 ərəb ölkəsinə 3 095 raket və PUA hücumu həyata keçirib.

-İran, ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan bəri 7 ərəb ölkəsinə 3 095 raket və pilotsuz hava vasitəsi (PUA) ilə hücum edib.

-BƏƏ ən çox hədəfə alınan ölkə, Oman isə ən az hücuma məruz qalan ölkə olub. BƏƏ Müdafiə Nazirliyi açıqlayıb ki, 10 gün ərzində 253 ballistik raket, 1 440 PUA və 8 gəzən raket aşkar edilib. 233 raket hava müdafiəsi tərəfindən vurulub, 18-i dənizə, 2-si isə ölkə ərazisinə düşüb. 1 440 PUA-dan 1 359-u qarşısı alınıb, 81-i ölkə ərazisinə düşüb.

-Kuveyt: ölkəyə 238 raket və 430-dan çox PUA hücumu edilib, əsasən cənub və şimal bölgələrində intensiv hücumların böyük hissəsi qarşısı alınıb.

-Bəhreyn: 10 gün ərzində 102 raket və 173 PUA neytrallaşdırılıb.

-Qatar: hava məkanına yönələn 149 raket və 69 PUA qarşısı alınıb, 2 “Su-24” döyüş təyyarəsi vurulub.

-İordaniya: İran mənbəli 60 raket və 59 PUA ölkə ərazilərini hədəf alıb, 108 hədəf məhv edilib.

-Səudiyyə Ərəbistanı: Şeyba Neft Sahəsi və Prens Sultan Hava Bazası hədəf alınıb; ən az 9 raket və 97 PUA hava müdafiəsi tərəfindən neytrallaşdırılıb.

-Oman: ölkəyə ən az 8 PUA hücumu edilib.

 

– İran medyası: Hürmüz Boğazında gözləyən gəmilərin görüntüləri yayımlandı.Tesnim Xəbər Agentliyi Hürmüz Boğazında keçid üçün gözləyən gəmilərin görüntülərini sosial mediada yayımlayıb.Bildirilir ki, ABŞ Prezidenti Trump neft tankerlərinin Boğazı keçdiyini iddia edir, lakin İranın Devrim Keşikçiləri bu tankerlərin Boğazın kənarında dayandığını göstərir.

-Bəhreyn: Manama şəhərinə İran hücumu-1 ölü, 8 yaralı

Bəhreyn baş şəhər Manama-da İranın hücumu nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.Ölən 29 yaşlı qadın Bəhreyn vətəndaşıdır.

– Abbas Erakçi: ABŞ-la yeni müzakirə olmayacağını bildirib.

Erakçi ABŞ və İsrailin İran hücumlarından sonra “Amerikalılarla yenidən müzakirə masada olmayacaq” deyib. O, İranın yeni lideri Müctəba Hamaneyin hələ ABŞ-la yeni müzakirələr barədə şərh etmədiyini bildirib və keçmiş təcrübələrin çox acı olduğunu vurğulayıb.

 

– Əli Məhamməd Naini: Trump-a cavab – “Müharibənin sonunu İran müəyyən edəcək”

Naini, Trump-ın “İranın gücü sona çatdı” sözlərinə reaksiya verib.

İranın ABŞ və İsrail hücumlarına qarşı güclü müqavimət göstərdiyini bildirən Əli Məhamməd Naini deyib ki, “müharibənin sonunu İran müəyyən edəcək”.

Devrim Keşikçiləri Hatemul Enbiya Mərkəzi Qərargahı bildirib ki, atəşkəs yoxdur və hücumların həcmi artırılır.

 

-Ərbil: BƏƏ Baş Konsulluğunu hədəf alan 3 kamikaze PUA düşürüldü

İraq Kürd Regional Hökuməti Anti-Terror Bölməsi Ərbil şəhərində 3 kamikaze PUA-nın vurulduğunu açıqlayıb. Bunlardan birinin qalıqları BƏƏ Baş Konsulluğunun yaxınlığına düşüb. BƏƏ Xarici İşlər Nazirliyi isə hücumu qətiyyətlə pisləyib.

Избранный
15
1
veteninfo.az

2Источники