RU

DFC Cənubi Qafqazda prioritet layihələrin müəyyənləşdirilməsi üzrə danışıqlar aparır (ÖZƏL)

Vaşinqton. Trend:

ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) prioritetsektorlara uyğun layihələri müəyyənləşdirmək məqsədilə CənubiQafqazda əsas maraqlı tərəflərlə təmasdadır.

Bu barədə Trend-əVaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinəhəsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransıçərçivəsində DFC-dən məlumat verilib.

Qeyd edək ki, DFC ABŞ hökumətinin beynəlxalq investisiyaqurumudur və dünya üzrə strateji layihələrə kapitalın cəlb edilməsiüçün özəl sektorla əməkdaşlıq edir.

Korporasiyada bildirilib ki, onlar Cənubi Qafqazda özəl sektorunrəhbərlik etdiyi sülh gündəliyinin həyata keçirilməsinə, OrtaDəhliz məqsədlərinə nail olunmasına və Amerika şirkətləri üçünimkanların yaradılmasına töhfə verən layihələri dəstəkləmək üçünbütün mövcud alətlərdən istifadə etməyə hazırdırlar.

“2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Azərbaycanvə Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasına,həmçinin hər iki ölkə ilə bir sıra prioritet istiqamətlər üzrəəməkdaşlığın dərinləşdirilməsi məqsədilə ikitərəfli anlaşmamemorandumlarının imzalanmasına vasitəçilik edib. Bu istiqamətlərəiqtisadi investisiyaların təşviqi və regional infrastrukturuninkişafı, o cümlədən enerji, tranzit və rəqəmsal layihələrdaxildir. DFC prioritet sahələrə uyğun layihələri müəyyənləşdirməküçün regionun dövlət və özəl sektor nümayəndələrinin geniş dairəsiilə dialoq aparır”, — deyə korporasiya nümayəndəsi qeyd edib.

Daha əvvəl ABŞ biznes nümayəndə heyətinin Orta Dəhliz regionunasəfərindən sonra DFC-nin idarəedici direktoru Kennet Encel ABŞ-ninməqsədinin dəhlizin fəaliyyətinin səmərəliliyini artırmaq olduğunuvurğulamışdı. O, dəhlizin inkişafı üçün yeni imkanların açılacağınaümid etdiyini bildirib və Azərbaycan ilə Ermənistan arasındagələcək sülh sazişinin əsas elementlərindən biri kimi “BeynəlxalqSülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) qeyd edib.

“ABŞ hökuməti Azərbaycan üzrə ixracın dəstəklənməsi,texniki-iqtisadi əsaslandırma tədqiqatlarının aparılması vəinvestisiyalar sahəsində maliyyə alətləri təqdim etməyə hazırdır”,- deyə o əlavə edib.

Bundan savayı, DFC-nin investisiyalar üzrə rəhbəri Konor Koulmandaha əvvəl bildirib ki, korporasiya təhlükəsiz strateji investisiyadəhlizlərinin və iqtisadi zonaların yaradılması üzərində çalışır.Bu da Orta Dəhlizin inkişafı ilə sıx bağlıdır. Onun sözlərinə görə,Transxəzər dəhlizi ABŞ üçün xarici siyasət baxımından əsasistiqamətlərdən biridir.

“ABŞ hökuməti Azərbaycan üzrə ixracın dəstəklənməsi,texniki-iqtisadi əsaslandırma tədqiqatlarının aparılması vəinvestisiyalar sahəsində maliyyə alətləri təqdim etməyə hazırdır”,- deyə o əlavə edib.

Məqalədə:
Избранный
71
az.trend.az

1Источники