RU

“Lanus”un ilk superkuboku!

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Fevralın 27-də Cənubi Amerika Superkubokunun qalibi müəyyənləşdi. "Football-plus.az" xəbər verir ki, ayın 20-də Argentinada keçirilən ilk oyun Sudamerikana Kubokunun qalibi “Lanus”un minimal hesablı qələbəsi ilə nəticələnmişdi. Libertadores Kubokunun son çempionu “Flamenqo” cavab oyununun əsas vaxtında 2:1 hesabıyla qalib gələrək mübarizəni əlavə vaxta daşıdı. Çoxları qalibin penalti seriyası ilə müəyyənləşəcyini düşünsə də, qonaqlar son dəqiqələrdə iki top vuraraq uğur qazandılar. Maurisio Pelleqrinonun çalışdırdığı “Lanus” tarixində ilk dəfə turnirin qalibi oldu. Qeyd edək ki, 1989-cu ildən keçirilən Cənubi Amerika Superkubokunda ən çox qalib gələn komanda “Boka Xuniors”du. Argentina nəhəngi superkuboka 4 dəfə yiyələnib.Yeri gəlmişkən, Filipe Luis komandanın bu turnirdə və Braziliya Superkubokundakı uğursuzluğuna və ölkə çempionatında zəif startına görə istefaya göndərilib. Baş məşqçi vəzifəsinə 2024-cü ilin sentyabrında təyin olunan 40 yaşlı mütəxəssis “Flamenqo”ya 7 titul qazandırmışdı. Komandanı bundan sonra Leonardo Jardim çalışdıracaq. Onun Rio de Janeyro klubu ilə bağladığı müqavilənin müddəti 2027-ci ilin sonuna qədərdi.ilk oyunLanus (Argentina) - Flamenqo (Braziliya) 1:0Kastilyo, 77.cavab oyunuFlamenqo - Lanus 2:3, əlavə vaxtdaDe Arraskaeta, 37-p. Jorjinyo, 85-p. - Kastilyo, 29. Kanale, 118. Akino, 120+2.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
67
1
icma.az

2Источники