RU

Müharibə Azərbaycanın tikinti bazarına təsir edib? - Satıcılar danşır

Son zamanlar tikinti materiallarının satışında durğunluq müşahidə olunur. Bildirilir ki, idxal olunan materialların qiyməti artıb, xüsusilə də İrandan gətirilən tikinti mallarının tədarükündə problemlər yaranıb.

Bəs bazarlarda vəziyyət necədir?

Day.Az xəbər verir ki, satıcılar isə deyilənlərin əksini bildirir və qiymətlərdə ciddi artım olmadığını deyirlər. Onların sözlərinə görə, son 15-20 gündə İrandan yeni məhsul gətirilməsində müəyyən çətinliklər yaranıb.

Satıcılar qeyd edirlər ki, hazırda müharibə ilə əlaqədar olaraq malların gətirilməsi bir qədər ləngiyib. Lakin buna baxmayaraq, qiymətlər hələlik dəyişməyib və İran məhsulları əvvəlki kimi sabit qalır.

Məsələn, qırmızı kərpiclərin qiyməti təxminən 34 qəpikdir. Digər kərpiclər isə 1 manat 30 qəpikdən 1 manat 40 qəpiyə qədər satılır. Satıcıların sözlərinə görə, İrandan gətirilən kərpic, izolyasiya materialları və kafellərin qiymətində də ciddi dəyişiklik yoxdur.

Onlar bildirirlər ki, əvvəllər gətirilmiş mallar hələ də anbarlarda mövcuddur və satıcılar həmin məhsulların qiymətini qaldırmırlar ki, satış dayanmadan davam etsin. Lakin yeni məhsulların gətirilməsində çətinliklər yarandığı üçün gələcəkdə qiymətlərdə müəyyən fərqlər ola bilər.

Satıcılar qiymətlərin artmamasının əsas səbəblərindən biri kimi bazarda alıcılıq qabiliyyətinin zəif olmasını göstərirlər. Onların sözlərinə görə, hazırda alıcı azdır və buna görə də satıcılar malları ucuz qiymətə satmağa məcbur qalırlar.

Bəzi satıcılar bildirir ki, bazarda alver demək olar ki, çox zəifdir və hətta bəzən sıfır səviyyəsinə yaxın olur. Mövsümlə əlaqədar olaraq da satışların aşağı düşdüyü qeyd edilir.

Bununla belə, satıcıların fikrincə, qarşıdakı aylarda həm alıcılığın artması, həm də tikinti materiallarının qiymətində müəyyən yüksəlişin baş verməsi gözlənilir.

Elcan Turan
Day.Az

Избранный
43
day.az

1Источники