RU

Yel çərşənbəsi: Kiş sakinlərinin özünəməxsus bayram adətləri VİDEO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi Şəkinin Kiş kəndində xüsusi coşqu ilə qeyd olunur.

Baku TV-nin məlumatına görə, kənd sakinləri əsrlərdir qorunub-saxlanılan adət və ənənələrini yaşatdıqlarını bildirirlər.

Onlar bu il Yel çərşənbəsini qədim Kiş Alban məbədinin ətrafında qeyd edirlər.

Sakinlərin sözlərinə görə, Yel çərşənbəsinin ənənələrindən biri qızların bulaq başına getməsi və qulaq falına çıxmalarıdır.

Yel çərşənbəsi: Kiş sakinlərinin özünəməxsus bayram adətləri - VİDEO

"Yel çərşənbəsində qızlar bulaq başına gedib, qulaq falına çıxırlar. Söyüd ağacının altına gedib niyyət edirlər, gözləyirlər ki, axşam olsun, söyüd ağacının budağı torpağa dəysin, yəni yel onu silkələyərək torpağa gətirsin. Bu, arzularımızın qəbul olduğunu bildirir", - deyə sakinlərdən biri söyləyib.

Yel çərşənbəsində digər bir ənənə isə torpağın şumlanmasıdır. Kənd sakini bu anı belə ifadə edir:

"Bu gün torpaqlar şumlanır. Əkin-biçin işlərinə başlanılır, təbiət oyanır. Hətta deyirlər ki, Yel çərşənbəsində külək dağları belə titrədir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
oxu.az

1Источники