RU

İsrail HHQ İranın ballistik raket qurğusunu fəliyyətə başlamadan məhv edib

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail Hər Hava Qüvvələri (HHQ) İranın raket buraxılışı üçün hazırlanan start qurğusunu aşkar edib və işə düşməzdən bir neçə dəqiqə əvvəl məhv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Dünən, bazar ertəsi, İsrail HHQ qərb İranda fəaliyyət göstərən bir neçə agenti aşkar edib. Onlar İsrail Dövlətinə raket atışı hazırlayırdılar", - deyə məlumatda qeyd olunur.

Qurğu aşkar edildikdən dərhal sonra HHQ zərbə endirib, start qurğusu və raketləri buraxmaq üzrə olan iranlı hərbçilər məhv edilib.

İsrail Ordusunun mətbuat xidməti əlavə edib ki, İsrail Hərbi Qüvvələri qərbi İranda ballistik raket infrastrukturlarının məhv edilməsi üzrə əməliyyatları davam etdirir və məqsəd İsrail ərazisinə raket hücumlarının miqyasını maksimum azaltmaqdır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
63
bizimyol.info

1Источники