RU

"Atletiko Madrid" gənc ulduz üçün 35 milyonluq təklif göndərdi

BAKI, 10 mart. TELEQRAF

İspaniya təmsilçisi “Atletiko Madrid” Almaniyanın “Bayer Leverkuzen” klubunun əlcəzairli futbolçusu İbrahim Mazanı transfer etmək istəyir.

Teleqraf “BeIN Sports”a istinadən xəbər verir ki, La Liqa təmsilçisi 21 yaşlı hücumçu üçün artıq 35 milyon avroluq təklif göndərib.

Lakin Almaniya klubu gənc ulduzunu ucuz qiymətə buraxmaq niyyətində deyil. “Bayer Leverkuzen” rəhbərliyi Mazanı 45 milyon avrodan aşağı satmayacağını bildirib.

Maza üçün təkcə “Atletiko” mübarizə aparmır. İspan klubunun marağından sonra “Milan” da transfer yarışına qoşulub. Bu isə futbolçunun qiymətinin yaxın həftələrdə daha da yüksəlməsinə səbəb ola bilər.

Qeyd edək ki, İbrahim Mazanın “Atletiko Madrid”lə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

Избранный
13
teleqraf.com

1Источники