RU

Misirdə yanacağın qiyməti ARTDI

Yazını böyüt
Yazını kiçilt

Neft və qazın qlobal qiymətlərinin artması, həmçinin İran ətrafında baş verən hərbi əməliyyatlar nəticəsində Yaxın Şərqdə istehsalın dayanması fonunda Misirdə bir sıra neft məhsullarının qiyməti artıb.

Hafta.az xəbər verir ki, bu barədə Misirin Neft Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilir: “Bu addım Yaxın Şərq regionunda baş verən geosiyasi proseslərin yaratdığı fövqəladə vəziyyət və onların qlobal enerji bazarlarına birbaşa təsiri nəzərə alınaraq atılıb”.

Qeyd edək ki, martın 3-də Misirin Baş naziri Mustafa Mədbuli müharibə səbəbindən qlobal yanacaq qiymətlərində kəskin artım baş verdiyi təqdirdə Misirin “fövqəladə tədbirlərə” əl ata biləcəyini demişdi. Müharibə səbəbindən Yaxın Şərqdən enerji ixracının dayanması fonunda dünya üzrə neft və qaz qiymətləri artmaqda davam edir. İran neft-qaz tankerlərinə və obyektlərinə hücumlar həyata keçirir. Bu səbəbdən Hörmüz boğazının bağlanması regionda yanacaq istehsalının dayanmasına səbəb olub.

Misirdə qiymət artımı geniş çeşiddə neft məhsullarını əhatə edir və 14–17 faiz arasında dəyişir. Ən çox istifadə olunan yanacaq növlərindən biri olan dizelin qiyməti 3 funt artaraq 17,50 funtdan 20,50 funta (0,3887 dollar) yüksəlib. Benzinin qiymətləri isə növündən asılı olaraq 16,9 faizə qədər artıb.

Bu, cari ildə ilk artımdır. Sonuncu dəfə ötən ilin oktyabrında oxşar artım edilmiş və qiymətlər 10,5–12,9 faiz yüksəlmişdi.

Избранный
52
1
hafta.az

2Источники