RU

“Mənə yaxınlaşdı və söylədi ki, Messi ona qayıtmaq istədiyini deyib”

“Barselona”nın sabiq prezidenti və yenidən bu posta namizəd Xuan Laporta Lionel Messinin baş tutmayan qayıdışı ilə bağlı vəziyyəti şərh edib.

“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes bu yaxınlarda Laportanın 2023-cü ildə, müqavilənin demək olar ki, bağlandığı bir vaxtda argentinalı futbolçunun qayıdışını necə rədd etdiyindən danışıb.

Sportinfo.az “BarcaTimes”-a istinadən xəbər verir ki, Laporta, Xavinin ondan Messinin atasına təklif göndərmək üçün müqavilə hazırlamağı istədiyini deyib:

“2023-cü ilin martında Xavi mənə yaxınlaşdı və dedi ki, Messi ona qayıtmaq istədiyini deyib. O, məndən Xorxe Messiyə (Messinin atası) təklif göndərmək üçün müqavilə hazırlamağımı istədi.

Ancaq mayda Xorxe Messi özü mənə yaxınlaşdı və oğlunun “Barselona”ya qayıtmasının mümkün olmadığını, “İnter Mayami”ni seçdiyini dedi. Mən isə cavab verdim ki, onların qərarına hörmət edirəm”.

Messi “İnter Mayami”yə 2023-cü ilin yayında, PSJ-dən azad agent kimi keçib.

Избранный
20
sportinfo.az

1Источники