RU

Bəhreyndə yaşayış binasına İran raketi düşüb

Yazını böyüt
Yazını kiçilt

Ötən gecə Bəhreynin paytaxtı Manama şəhərində yaşayış binasına İrana məxsus raketin düşməsi nəticəsində 1 nəfər ölüb, 8-i yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ölkənin Müdafiə Qüvvələrinin Baş Komandanlığı isə bildirib ki, hava hücumundan müdafiə sistemləri İrandan atılan raketləri və PUA-ları zərərsizləşdirməkdə davam edir. Ötən müddətdə Bəhreynə atılan 102 ballistik raket və 173 PUA zərərsizləşdirilib.

Bəhreyndə əhalinin zərurət olmadan evlərini tərk etməmələri və ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

Избранный
61
6
hafta.az

7Источники