RU

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

Bakı, 10 mart, AZƏRTAC

Həqiqətən möhtəşəm və gözlənilməz bir uçuş oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərqdəki münaqişə bölgəsindən Azərbaycana təxliyə olunan Mehdi Heybətov söyləyib.

O deyib: “Fevralın 28-də Əbu-Dabidən Bakıya yola düşdük, lakin təxminən 6 saat yarım havada qaldıqdan sonra bizi yenidən Əbu-Dabi hava limanına qaytardılar. Uçuşumuz alınmadı”.

Əbu-Dabidə isə müəyyən çətinliklərlə üzləşdiklərini bildirən Mehdi Heybətov əlavə edib: “Dövlətimiz bizi darda qoymadı. Ölkə rəhbərliyinin tapşırığı və həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində yenidən Azərbaycana dönməyimiz təmin olundu. Bu diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə və ölkəmizin Əbu-Dabidəki səfirliyinə dərin minnətdarlığımı bildirirəm. Allah Azərbaycanı və Prezidentimizi qorusun!”.

Müxbir - Elmir Səftərov

Fotoqraf - İlkin Cavanşirov

Videoperator - Mirrəsul Cəfərov

Избранный
74
2
azertag.az

3Источники