RU

ABŞ-də Epşteynin keçmiş rançosunda axtarış aparılır

Yeni açıqlanan məlumatlarda maliyyəçinin iki xarici qızın cəsədinin gizlədilməsini əmr etdiyi iddia olunur...

Poliqon xəbər verir ki, ABŞ-də hüquq-mühafizə orqanları mərhum maliyyəçi Ceffri Epşteynə məxsus olmuş keçmiş rançoda genişmiqyaslı axtarış əməliyyatına başlayıb. Reuters agentliyinin məlumatına görə, əməliyyat ABŞ-nin Nyu-Meksiko ştatının dağlıq və ucqar bölgəsində yerləşən həmin mülkdə aparılır.

İstintaq materiallarına əsasən, bu ərazi Epşteyn və onun yaxın çevrəsinin qadınlara qarşı cinsi zorakılıq törətdiyi məkanlardan biri kimi ittiham olunur. Müstəntiqlər bildirirlər ki, son vaxtlar ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan yeni məlumatlar istintaqın yenidən aktivləşdirilməsinə səbəb olub.

Sözügedən sənədlərdə Epşteynin iki xarici ölkə vətəndaşı olan qızın cəsədinin rançonun yaxınlığındakı təpəlik ərazidə gizlədilməsini əmr etdiyi iddiası yer alır. Bu məlumatlar hüquq-mühafizə orqanlarını ərazidə yenidən axtarış aparmağa vadar edib.

Xatırladaq ki, 2019-cu ildə Nyu-Meksiko ştatının hakimiyyət orqanları federal qurumların müraciətindən sonra Epşteyn işi üzrə yerli istintaqı dayandırmışdı. Bunun nəticəsində maliyyəçi, onun tərəfdaşı Gizleyn Maksvell və rançoya gələn digər şəxslərin iştirakı ilə baş verdiyi iddia olunan hücumlarla bağlı tam və hərtərəfli araşdırma aparılmamışdı.

Hazırda istintaqçılar ərazidə mümkün sübutların aşkarlanması üçün torpaq qatlarının və tikililərin yoxlanıldığını bildirirlər. Mütəxəssislərin fikrincə, yeni faktlar Epşteyn işi üzrə əvvəllər açıqlanmayan epizodların üzə çıxmasına səbəb ola bilər.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники