RU

Rihanna evinə edilən atəşdən sonra Los-Ancelesi tərkETDİ

Məşhur müğənni və iş adamı Rihanna evinə edilən silahlı hücumdan sonra Los-Ancelesdən ayrılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Xatırladaq ki, bundan bir gün əvvəl “NBC News” yerli polisə istinadən Rihannanın evinə silahlı hücum edildiyini bildirib. Məlumata görə, avtomobildə olan İvanna Ortiz adlı qadın müğənninin evinə AR-15 tipli tüfəngdən atəş açıb və güllələrdən biri binanın divarına dəyib.

Hadisə zamanı müğənninin evdə olduğu qeyd olunub. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, insident nəticəsində xəsarət alan olmayıb. Silahlı hücumda şübhəli bilinən şəxs artıq saxlanılıb və faktla bağlı araşdırma aparılır.

Aminə ŞAHSUVARQIZI

Избранный
79
1
redaktor.az

2Источники