RU

İrandan daha 14 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB

İrandan saat 12:00-14:00 aralığında daha 14 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Onların 5-i Azərbaycan, 5-i Çin, 2-si ABŞ, 1-i Rusiya, 1-i isə Finlandiya vətəndaşıdır.

12:14

İrandan daha 17 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi martın 10-u saat 00:00-dan 12:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bunlardan 8-i Azərbaycan, 8-i Çin və 1-i Kanada vətəndaşıdır.

Bundan başqa, İranın bir vətəndaşı və Pakistanın bir diplomatı Azərbaycan ərazisindən İrana keçib.

"Cebheinfo.az"

Избранный
41
3
cebheinfo.az

10Источники