RU

Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinə yeni rəhbər təyinatı olub

Bakı.Trend:

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdirivəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.

Trend-inməlumatına görə, bununla bağlı gənclər və idman naziri FəridQayıbov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayındanetibarən bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdirmüavini vəzifəsində çalışıb.

O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisadUniversitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırdaisə magistratura təhsilini Azərbaycan Dövlət Neft və SənayeUniversitetində davam etdirir.

Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan RespublikasıPrezidentinin müvafiq sərəncamı ilə “Gənclər siyasəti və gənclərləiş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatınalayiq görülüb.

2015–2023-cü illərdə isə müxtəlif gənclər və vətəndaş cəmiyyətitəşkilatlarında aktiv ictimai fəaliyyət göstərərək bir sıra layihəvə proqramlara rəhbərlik edib.

Избранный
80
11
az.trend.az

10Источники