Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Levan Makhaşvili bildirib ki, liman ətrafında aparılan kampaniya "tamamilə yalan və manipulyasiya" olub. Onun sözlərinə görə, bu qərar Gürcüstan hökumətinin tərəfdaşları qarşısında öhdəliklərini vicdanla yerinə yetirdiyini bir daha göstərir.
Makhaşvili qeyd edib ki, rəsmi Tbilisi limanla bağlı bütün suallara cavab verib və burada sanksiyaların pozulmasına dair heç bir fəaliyyətin olmadığını bildirib. O əlavə edib ki, Gürcüstan tərəfi Avropa İttifaqı, ABŞ və Böyük Britaniya ilə daim əlaqədə olacaq ki, tərəfdaşlar limanda qanunsuz fəaliyyətin baş vermədiyinə əmin olsunlar.
Deputat həmçinin bildirib ki, liman ətrafında yayılan ittihamlar əsassız olub və bu iddiaları səsləndirən bəzi diplomatların üzr istəməsi gözlənilir. Onun sözlərinə görə, Gürcüstan hökuməti öz işini davam etdirir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı qoruyur.