RU

Dünyanın ən əcaib bayramları - Filə bənzəyən buludlardan “Nə istədiyini bilməmək” gününə qədər...

Dünyada keçirilən populyar bayramlarla yanaşı, təqvimdə yer alan çoxsaylı qeyri-adi və məzəli günlər də mövcuddur.
 

Bəlkə də bu qəribə günlər insanların gündəlik həyatına rəng qatmaq, bəzən də müəyyən mövzulara diqqət çəkmək məqsədi ilə qeyd olunur.


Həmçinin belə qeyri-adi bayramlar sosial şəbəkələr və media vasitəsilə dünyanın müxtəlif yerlərində insanların bir araya gəlməsinə, əylənməsinə və gündəlik həyatın stressindən bir qədər uzaqlaşmasına imkan yaradır. Amma maraqlıdır ki, bu məzəli bayramların çoxu məhz martın 10-a təsadüf edir.

Bizim.Media həmin bayramları təqdim edir:

Beynəlxalq möhtəşəmlik günü,

Filə bənzəyən buludlar günü,

Rezin çəkmələr günü,

Meyvəli bulkalar günü,

Beynəlxalq əhəng günü

Beynəlxalq çubuq günü

Ətək günü (ABŞ)

Nahar yeməyini paketləmə günü,

Ev şəraitində ofis günü.

Amma ən əsası bu gün – Beynəlxalq Nə İstədiyini Bilməmək günüdür.

Görünür bayram təşkil edənlər əcaib günlər təyin edərkən nə istədiklərini bilməyiblər, axırda buna da ayrıca bayram statusu veriblər.

Şəfiqə Şəfa, Bizim.Media

Избранный
36
1
bizim.media

2Источники