RU

Müəllimin sözünün çəkisi azalanda, təhsilin də təsiri zəifləyir Təhsil eksperti

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“Cəmiyyət olaraq müəllimi dəyərsizləşdirmək təhlükəli bir tendensiyadır. Çünki müəllimin sözünün çəkisi azalanda, təhsilin də təsiri zəifləyir. Valideyn müəllimin yanında övladına “müəllimə fikir vermə” mesajı verəndə, əslində məktəbin tərbiyə gücünü zəiflədir. Unutmamalıyıq ki, müəllim sadəcə dərs keçmir, gələcəyi formalaşdırır, cəmiyyətin düşüncə əsaslarını qurur. Müəllimə hörmət - gələcəyə hörmətdir”.

Bunu 525.az-a təhsil eksperti Əmrah Həsənli söyləyib. Ekspert bildirib ki, müəllimlər gələcək nəsli yetişdirən insanlardır. Hər bir həkim, mühəndis, alim və ya digər peşə sahibi məhz müəllimlərin zəhməti sayəsində formalaşır. Müəllim şagirdlərə yalnız dərs öyrətmir, eyni zamanda onları düzgün davranışa, hörmətə və məsuliyyətə də alışdırır. Bu baxımdan müəllimin nüfuzunun yüksək olması şagirdlərin ona inamını və hörmətini artırır:

“Əgər müəllimin nüfuzu aşağı salınarsa, bu, təhsil mühitinə mənfi təsir göstərə bilər. Şagirdlər müəllimə hörmət etmədikdə dərs prosesində intizam pozula bilər və təhsilin keyfiyyəti aşağı düşər. Ona görə də həm valideynlər, həm şagirdlər, həm də cəmiyyət müəllimlərə hörmətlə yanaşmalı, onların əməyini qiymətləndirməlidir. Müəllim cəmiyyətin inkişafında mühüm rol oynayan bir şəxsdir. Onun nüfuzunu qorumaq və dəyərini bilmək hər birimizin borcudur. Çünki güclü və savadlı cəmiyyət məhz hörmət edilən müəllimlərin sayəsində formalaşır”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
525.az

1Источники