RU

Hörmüz boğazı gərginliyi: Trampdan İrana təhdid

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Əgər İran Hörmüz boğazından neft axınını dayandırarsa, ABŞ indiyədək edilən hücumlardan “20 dəfə daha sərt cavab verəcək”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı sosial media hesabında açıqlama yayıb: 

“Əgər İran Hörmüz boğazında neft axınını dayandıracaq hər hansı addım atarsa, ABŞ tərəfindən indiyə qədər gördüklərindən 20 dəfə daha sərt zərbə alacaq”. 

Tramp qeyd edib ki, İran belə addım atacağı halda ABŞ asanlıqla məhv edilə biləcək hədəfləri vuracaq və bunun İranın yenidən bir ölkə kimi qurulmasını demək olar ki, mümkünsüz edəcəyini iddia edib. 

ABŞ Prezidenti əlavə edib ki, Hörmüz boğazının açıq qalması, başda Çin olmaqla xüsusilə də boğazdan intensiv istifadə edən ölkələr üçün ABŞ-nin hədiyyəsidir. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
101
1
cebheinfo.az

2Источники