RU

İran raketləri və “alqoritmlərin savaşı” – Abdullah Ağar nə yazır?

Son günlər İran ərazisindən buraxılan ballistik raketlərin Türkiyə istiqamətində yönəlməsi, Aralıq dənizində yerləşən NATO gəmiləri tərəfindən vurulması, eyni zamanda Naxçıvana kamikadze dronların göndərilməsi bölgədə yeni və mürəkkəb təhlükəsizlik müzakirələrinə səbəb olub.

Türkiyənin tanınmış hərbi analitiki və təhlükəsizlik eksperti Abdullah Ağar bu hadisələri yalnız hərbi insident kimi deyil, müasir müharibələrin yeni mərhələsi – “alqoritmlərin savaşı” prizmasından təhlil edir.

Musavat.com bildirir ki, Abdullah Ağarın fikrincə, İran raketləri ilə bağlı baş verən hadisələri sadə izahlarla və emosional yanaşmalarla qiymətləndirmək düzgün deyil.

O bildirir ki, bu cür proseslərin arxasında çoxqatlı strateji mexanizmlər, texnoloji manipulyasiya və böyük dövlətlərin sınaqları dayanmış ola bilər.

Abdullah Ağarın geniş təhlilinin Azərbaycan türkcəsinə uyğunlaşdırılmış mətnini təqdim edirik.

İran raketləri məsələsi

Kimisi buna “saxta bayraq əməliyyatı” deyir, kimisi isə “həqiqi hücum”.

Bəziləri İran prizmasından baxır, digərləri ABŞ və ya İsrail prizmasından. Amma əksəriyyət baş verənlərin mahiyyətini dərk etmir.

Çox adam öz ağlına gələn fikirləri strateji analiz hesab edir.

Halbuki həqiqəti və bütün ehtimalları gerçəkdən bilən yoxdur.

Strateji analiz emosiyalarla, dogmalarla, kor inancla, təsadüfi ehtimallarla aparılmaz.

Müasir müharibənin yeni reallığı: alqoritmlərin savaşı

İrandan buraxılıb Türkiyəyə doğru yönələn ballistik raket məsələsi…

Amma məsələ yalnız bununla bitmir.

Azerbaycanı da təsir edən paralel hadisələr var və hamısı eyni çərçivədə oxunmalıdır. Çünki burada söhbət yalnız Türkiyədən və ya yalnız Azərbaycandan getmir.

Baş verən hadisələrə nəzər salaq:

İrandan buraxılan ballistik raket İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə istiqamətinə yönünü dəyişib və Aralıq dənizində yerləşən Aegis tipli ABŞ/NATO hərbi gəmisi tərəfindən vurulub.

Sosial mediada Atatürk su anbarı ətrafında raket qalıqlarının tapıldığı bildirilib.

İrandan Naxçıvana 4 kamikadze dron buraxılıb.

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti Bakı-Tiflis-Ceyhan neft kəmərini, İsrailin Azərbaycandakı səfirliyini, Dağ yəhudiləri icmasının dini liderlərindən birini və Aşkenazi sinaqoqunu hədəf alan terror planını ifşa etdiyini açıqlayıb.

2d4d27d39bf198a3d08aefcb916497b3.jpeg

Dünən isə İrandan buraxıldığı və Türkiyəni hədəf aldığı bildirilən daha bir ballistik raket yenə Aralıq dənizində yerləşən NATO gəmisi tərəfindən – ehtimal ki SM-3 raketi ilə vurulub.

Bəs nə baş verir?

Biz nə ilə qarşı-qarşıyayıq?

Ballistik raket – yalnız silah deyil

Əvvəlcə bunu qeyd etmək lazımdır:

Ballistik raket yalnız dağıdıcı silah deyil.

O, eyni zamanda:

siyasi mesaj,

texnoloji test,

manipulyasiya vasitəsi,

provokasiya aləti,

qeyri-müəyyənlik yaradan mexanizm ola bilər.

Bu baxımdan Türkiyə və Azərbaycan üçün məsələ sadəcə ani reaksiya vermək deyil.

Əsas məsələ həqiqi məqsədi və həqiqi aktoru tapmaqdır.

Bu hücumların arxasında müxtəlif ehtimallar ola bilər:

İran daxilində strateji qərar verən mərkəzi strukturlar

Raket sistemlərini manipulyasiya edə bilən ara qərar mexanizmləri

Türkiyə və Azərbaycanı müharibəyə çəkmək istəyən daxili qruplar

İranın qərar mexanizmlərini manipulyasiya edə bilən xarici aktorlar

Müharibə stresinin yaratdığı yanlış strateji qərar.

Əgər İran dövlət ağlı mövcuddursa, İranın Türkiyə və Azərbaycanla müharibəyə girməsi strateji intihar olardı.

Digər tərəfdən bəzi raketlərin İraq-Suriya koridoru üzərindən uçacaq şəkildə proqramlaşdırılması ABŞ radar sistemlərini test etmək məqsədi də daşıya bilər.

Müasir müharibə artıq çoxqatlıdır

Qarabağ, Ukrayna, Suriya və indi İran-İsrail/ABŞ müharibəsi bir həqiqəti göstərdi:

Müasir müharibə artıq tək qatlı deyil, ən azı dörd qatlıdır.

- Kinetik qat – raketlər, tanklar, təyyarələr, əsgərlər

- Spektr qat – radarlar, elektron müharibə, məlumat əlaqələri

- Alqoritmik qat – proqram təminatı, kiber əməliyyatlar, məlumat manipulyasiyası

- Manipulyasiya qatı – düşmənin silahını, emosiyasını və qərar mexanizmini yönləndirmək.

Yəni müharibə artıq yalnız silahların işi deyil.

Alqoritmlərin və “soft intelligence”ın savaşıdır.

Məsələn, ballistik raket artıq sadəcə silah deyil – o, uçan məlumat düyünüdür.

Raketlər manipulyasiya edilə bilərmi?

Müasir müharibədə ən kritik məsələ raketin uçuşu deyil.

Ən kritik məsələ raket buraxılmadan əvvəl onun manipulyasiya edilə bilməsidir.

Məsələn:

istehsal mərhələsində

proqram yenilənməsi zamanı

texniki xidmət zamanı

daşınma mərhələsində

uçuş zamanı elektron müdaxilə ilə

Bir raket sistemi:

proqram təminatı

sensorlar

çiplər

navigasiya alqoritmləri kimi çoxsaylı komponentlərdən ibarətdir.

Bu komponentlərdən biri belə manipulyasiya olunarsa, raket əslində artıq başqa bir aktorun nəzarətinə keçmiş ola bilər.

Ballistik raket havada yön dəyişə bilərmi?

Teorik olaraq mümkündür, lakin çox çətindir.

Ballistik raketin uçuşu üç mərhələdən ibarətdir:

Start mərhələsi (Boost phase)

elektron müharibə

GPS saxtalaşdırılması

koordinatların dəyişdirilməsi

2. Kosmos mərhələsi (Midcourse)

məlumat siqnallarının dəyişdirilməsi
proqram təminatına müdaxilə

3. Terminal mərhələsi

elektron qarışdırma
saxta hədəflər

Əksər müasir raketlər inertial naviqasiya sistemi (INS) ilə işlədiyi üçün xarici müdaxilə çətindir, lakin yenə də mümkündür.

Spektr müharibəsi

Müasir müharibənin ən kritik sahələrindən biri spektr müharibəsidir.

Radarlar, GPS siqnalları və məlumat əlaqələri manipulyasiya edilə bilər.

Bu isə belə bir ehtimal yaradır:

Bəlkə də bizə gələn raket əslində bizə gəlmirdi.

6 əsas ehtimal

RcWs0bW7qx0s70sCqESjIlN5BVnkObEO536HIEcD_1200.jpg

İrandan buraxılan və Türkiyə istiqamətində uçduğu bildirilən raket hadisələri ilə bağlı ən azı 6 ehtimal var:

1. Raket həqiqətən hədəfə gedirdi və müdafiə sistemi tərəfindən vuruldu

2. Elektron müharibə nəticəsində naviqasiya sistemi pozuldu

3. Spektr müharibəsi nəticəsində hədəf koordinatları dəyişdi

4. Raket proqramında sabotaj var idi

5. Uçuş zamanı kiber müdaxilə edildi

6. İran ABŞ radar şəbəkəsini test edirdi

TTTTTTTTT.jpg

Dövlət ağlı necə davranmalıdır?

Ehtimallar çoxdur.

Həqiqi aktoru tapmadan düzgün reaksiya vermək çətindir.

Amma hətta aktor məlum olsa belə risk böyükdür.

Əsl dövlət ağlı belə vəziyyətlərdə:

- başqasının qurduğu meydanda

- başqasının istədiyi zamanda

- başqasının müəyyən etdiyi reflekslə hərəkət etməz.

O, öz strateji yaddaşına söykənər.

Öz zamanını seçər.

Öz ölçüsünü müəyyən edər.

Və təsirini belə göstərər.

Azərbaycanımıza və Türkiyəmizə salamlarla.

Избранный
54
musavat.com

1Источники