RU

Paskuale Yakobone: Azərbaycan tərəfindən təşkil olunan bu iftar süfrəsi son dərəcə əhəmiyyətlidir

Vatikan, 10 mart, AZƏRTAC

Düşünürəm ki, Azərbaycan tərəfindən təşkil olunan bu iftar süfrəsi son dərəcə əhəmiyyətlidir. Çünki bu cür görüşlər dostluğun, qarşılıqlı rəğbətin, qəbul etmənin və hörmətin möhkəmlənməsi üçün gözəl imkan yaradır.

Bu fikri Vatikan şəhər-dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri Paskuale Yakobone AZƏRTAC-a müsahibəsində deyib.

O hesab edib ki, bir masa arxasında toplaşmaq yoldaşlığı və qarşılıqlı etibarı daha da gücləndirən ən səmimi vasitələrdən biridir. “Düşünürəm ki, bu tədbir xalqlar arasında sülh, dialoq və barışıq yolunu yenidən tapmaq üsulunu bizə nümayiş etdirir”, - deyə P.Yakobone vurğulayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Избранный
66
2
azertag.az

3Источники