RU

Türkiyə Malatyada “Patriot” sistemi yerləşdirir -VİDEO

Türkiyə Malatyada ölkə ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, bu qərar bölgədə baş verən hadisələr fonunda verilib: "Türkiyənin milli səviyyədə gördüyü təhlükəsizlik tədbirləri ilə yanaşı, NATO tərəfindən də hava hücumundan müdafiə tədbirləri artırılıb. Bu çərçivədə hava məkanımızın qorunmasına dəstək vermək üçün təyin edilmiş bir "Patriot" sistemi Malatya şəhərində yerləşdirilir".

 

Qeyd edək ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan 2 raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.


Избранный
30
2
senzor.az

4Источники