RU

Dövlət Bahçeli: Türkiyə üzərində qumar oynanılacaq ölkə deyil

BAKI, 10 mart. TELEQRAF

Biz nə Türkiyə hava məkanında, nə də Azərbaycanın səmasında yönünü itirmiş hər hansı bir raket və ya pilotsuz uçuş aparatı görmək istəmirik.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Bahçeli siyasi təşkilatın toplantısında bildirib.

Partiya lideri qeyd edib ki, Türkiyə ilə İranı qarşı-qarşıya gətirməyə çalışan sionist-imperialist qüvvələrin fəaliyyəti diqqətdən qaçmır: "Türkiyə ilə Azərbaycan arasına nifak toxumu səpməyə çalışanları rədd edirik, dövriyyədə olan fitnələri əlimizin tərsi ilə itələyirik".

D. Bahçeli həmçinin vurğulayıb ki, bölgədəki təxribatların qarşısını almaq və vəziyyəti dəqiqləşdirmək İran İslam Respublikasının öhdəliyidir.

Избранный
77
teleqraf.com

1Источники