RU

İran İordaniyada Almaniya kontingentini VURDU

İran İordaniyadakı Əl-Əzraq aviabazasında yerləşən Almaniya kontingentinə raket hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, 10 mart gecəsi İrandan atılan ballistik raketlər Bundesver kontingentinə məxsus kazarma binasına dəyib. Bazada həmçinin ABŞ Hərbi Hava Qüvvələri də yerləşir.

Qeyd olunur ki, hücum zamanı alman əsgərləri sığınacaqlarda olublar, ona görə də heç kim xəsarət almayıb.

Zərərin miqyası müəyyənləşdirilir və araşdırma aparılır.

Musavat.com

Избранный
60
3
musavat.com

4Источники