Vaşinqtonun İranda sürətli qələbə planı uğursuzluğa düçar olub.
İnterpress.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb.
Nazir bildirib ki, ABŞ cəmi iki-üç gün ərzində İranda rejimi dəyişə biləcəyinə və sürətli, təmiz qələbə qazanacağına inanırdı, lakin bu cəhdlər uğursuzluqla nəticələndi. Onun sözlərinə görə, Vaşinqtonun “A planı” artıq tamamilə iflasa uğrayıb.
Əraqçi qeyd edib ki, amerikalılar hazırda digər planları sınaqdan keçirməyə çalışsalar da, onların hamısı eyni aqibəti yaşayır. “Mən düşünmürəm ki, onların hər hansı real son planı var. Onlar sadəcə kor-koranə şəkildə bizə hücum etməyə başlayıblar”, – deyə nazir vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az