Dövlət qurumu rəhbərinə verilən şiddət – sənədlərdə adlar dəyişir, ünvan yox... Bu şirkətlərin yarıtmaz fəaliyyətinə görə bu yaxınlarda adıçəkilən şirkətə sifarişlər verən dövlət qurumu rəhbərlərindən birinə şiddətli töhmət verildiyi bildirilir. Arayış üçün qeyd edək ki, rəsmi adı "TVM İnşaat" MMC olan şirkət 2016-cı ildə təsis olunub. Şirkətin VÖEN-i 1101408601-dir. 2018-ci ilə qədər şirkətin qanuni təmsilçisi Nadirov Tofiq Həmid oğlu olub. Qeyd edilən tarixdən isə sənədlərdə dəyişiklik edilib və qanuni təmsilçi Ağayev Musa Nizaməddin oğlu kimi qeydiyyata alınıb. Qanuni təmsilçinin dəyişməsinə baxmayaraq şirkətin hüquqi ünvanı əvvəl olduğu kimi qalıb: AZ1155, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, MÜŞFİQABAD ŞTQ, MÜŞFİQABAD QƏSƏBƏSİ, ev 3D, mənzil 8. Etender.gov.az saytında yerləşdirilən məlumata əsasən, 2020-2026-cı illərdə tamamlanmış tenderlər üzrə "TVM İnşaat" MMC səkkiz müsabiqənin qalibi olub. Şirkət bu müsabiqələrdə 136,5 milyon manat dəyərində tender qazanıb. Bu tenderlər arasında ən bahalısı Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması olub. Bu satınalma 2024-cü ildə bağlanıb və dəyəri 97 milyon 212 min manat təşkil edib. 2024-cü ildə Ədliyyə Nazirliyi ilə bağlanan satınalma müqaviləsinin də dəyəri böyükdür. Şirkət Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi üçün 25,8 milyon manat alıb.
"İnnova İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2019-cu ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur. Hüquqi ünvanı: AZ3000, İMİŞLİ RAYONU, QARALAR Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən şirkət 2025-ci ildə 3 müsabiqə üzrə tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 17 milyon 355 min manat təşkil edib. Ən bahalı müsabiqə 13,4 milyon manat dəyəri olan “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri”nin satın alınması müsabiqəsidir. 