RU

Zamiq oynadı, komandası son anda qalib gəldi

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zamiq oynadı, komandası son anda qalib gəldi

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya Superliqasında 27-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda evdə “Teuta” ilə qarşılaşıb. Görüş "Eqnatiya"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Zamiq də bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, “Eqnatiya” hazırda Superliqada 49 xalla 3-cü yerdədir.

"Eqnatiya" - "Teuta" - 4:2

Qollar: Albanese, 39, Adyessa, 45+3, Buriç, 78, Medeyros, 90+3-pen. - Zoqos, 25, Makolli, 53-pen.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
103
2
qol.az

3Источники