RU

Paytaxtda ödənişli xidmətlərin dəyəri 10%-ə yaxın artıb

BAKI, 10 mart. TELEQRAF

2026-cı ilin yanvar ayında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 739,7 milyon manat olub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici real ifadədə 9,7 faiz artıb.

Hüquqi şəxslər tərəfindən əhaliyə 636,5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 86,1 faizini təşkil etmişdir.

Избранный
100
6
teleqraf.com

10Источники