RU

Qrip deyib keçməyin, görmə qabiliyyətinizi itirə bilərsiniz

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Sadə soyuqdəymə hesab edilən burun axıntısı bəzi hallarda ciddi göz problemlərinə yol aça bilər. Oftalmoloq Anna Toltayeva bildirir ki, burun boşluğundakı şişkinlik və iltihab birbaşa göz sağlamlığına təsir edə bilər.Demokrat.az-ın məlumatına görə həkim izah edir ki, burun və ciblərin selikli qişası şişdikdə kiçik damarlarda qan dövranı pozulur. Bu zaman üçlü sinirin budaqları qıcıqlanır və sinus daxilində təzyiq dəyişir. Nəticədə insan göz yuvasında və alın nahiyəsində ağırlıq hiss edir. Vəziyyət göz qapaqlarının şişməsi, göz yaşarması və sıxılma hissi ilə özünü göstərir.Həkim xəbərdarlıq edir ki, aşağıdakı simptomlar yaranarsa, vaxt itirmədən mütəxəssisə müraciət etmək lazımdır:Gözləri hərəkət etdirərkən ağrı

İşığa qarşı kəskin həssaslıq

Yüksək hərarət

Gözlərdə şiddətli qızartı və irinli ifrazatSinusitin nadir hallarda ağırlaşa biləcəyini vurğulayan Toltayeva deyir ki, göz orbitasının toxumalarının iltihabı sürətlə irəliləyən təhlükəli vəziyyət yarada bilər. Daha nadir və həyati təhlükəli fəsad isə kavernoz sinusun trombozudur. Bu vəziyyət təcili xəstəxanada müalicə tələb edir, çünki sinirlərin zədələnməsinə və görmə qabiliyyətinin tam itirilməsinə səbəb ola bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
demokrat.az

1Источники