RU

İstintaq Əli Novruzovun hekayəsi

ain.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Əli Novruzovun "İstintaq" hekayəsini təqdim edir.

Seymur Baycanın 50 illik yubileyinə

Реально лишь то, чего нельзя придумать. (Э.Ю.)

Честный рассказчик не в силах больше соблюсти достоверность повествования. Он вынужден, порой неосознанно, искажать реальные события, тщательно отбирать воспоминания, чтобы заставить нас слушать себя. (К.Л.-С.)

Вечно прекрасным Храм становится лишь благодаря Герострату. (Г.Ч.)

I

Tbilisidən qayıdandan bir həftə sonra məni Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırdılar. Telefonda səbəbini demədilər. İstintaq sirri imiş. “Gələrsiz, yerində ətraflı danışarıq”. Səhəri gün məni girişdə müstəntiq Tural Kərimov qarşıladı. Telefonumu söndürüb növbətçiyə təhvil verdim. Kərimovun sivri sifətinin cizgiləri onu Coş O’Konnor və Mayk Fayst kimi Hollivudda təzəlikcə dəbə minən, yaraşığı klassik təsəvvürlərə meydan oxuyan aktyorlara bənzədirdi. Yadımda düz qalmışdısa, bu yeni trendə “siçovul sifəti” deyirdilər.

Pilləkənlərlə Kərimovun ikinci mərtəbədəki kabinetinə qalxdıq. Qapını açıb məni içəri dəvət edəndə donub qaldım. Kərimov karıxdığımı görüb bir də “buyurun, keçin” dedi. Qapı ilə üzbəüz divardan mərhum prezident, ümummilli lider Heydər Əliyevin çekist uniformasında portreti asılmışdı. Portretin eni və uzunluğu yanındakı pəncərə ilə bərabər idi. İçəri keçdik. Kərimov kreslosunu çəkib oturdu, mənə də qarşıdakı stullardan birini göstərdi.– Nəsə istəyirsiz? Çay? Qəhvə? Deyim, gətirsinlər.

– Əziyyət çəkməyin, – masanın üstündə açılmamış iki su butulkası və iki təmiz stəkanı göstərib dedim, – içsəm, bəlkə su içərəm.

– Necə məsləhətdir, – Kərimov qalın qovluğu qabağına çəkdi, – sizi çox məşğul etmək istəmirəm. Burada danışdıqlarımız istintaq sirridir, yəqin bilirsiz. Bu kabinetdən kənara çıxa bilməz.

– Əlbəttə, bilirəm, narahat olmayın.

– Yaxşı, onda birbaşa mətləbə keçək, – Kərimov kreslosuna yayxandı, – böyük bir cinayətin üstünü açmışıq. Gürcüstanın hüquq-mühafizə orqanları və İnterpolla birlikdə. Mütəşəkkil dəstə tərəfindən törədilmiş soyuqqanlı qətl… kibercinayətkarlıq… hətta işin içində süni intellekt də var… Sizi də şahid qismində çağırmışıq.

Ürəyim altdan-yuxarı qamçı çaldı, ucu ağzımacan uzandı. Boğazımın göynərtisini ovutmaq üçün iki-üç dəfə udqundum. Su butulkasına belə tez əl uzatmaq istəmirdim. Çətinliklə dillənə bildim:

– Mən heç bir qətlin şahidi olmamışam...

– Ona görə də şahid kimi dəvət olunmusuz. Yoxsa müttəhim qismində gətirəcəkdik.

Əlimi uzadıb su butulkasını götürdüm. Qapağını açıb birbaşa butulkadan içməyə başladım. Suyu stəkana töksəydim, Kərimov əlimin əsdiyini görəcəkdi.

– Siz bir həftə bundan əvvəl Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində qısamüddətli səfərdə olmusuz, düzdür? – Kərimov qovluqdakı sənədləri vərəqləyə-vərəqləyə soruşdu.

Əllərimi butulka qarışıq masanın altında gizlətdim.

– Tbilisidə idim, amma turist kimi…

– Bilirəm, məlumatım var… Seymur Baycanla görüşdüz?

Butulka əlimdən sürüşüb yerə düşdü. Qeyri-ixtiyari Kərimovla göz-gözə gəldik. Kinayəli təbəssümlə soruşdu:

– Qapağını bağlamışdız?

Dillənsəydim, səsim boğuq çıxacaqdı. Başımı tərpədib təsdiqlədim.

– Tədbirli adamsız. Necə deyərlər, ehtiyatkar. Çox adamın yadından çıxır, su dağılır döşəməyə.Başımı əyib ayağımın altına baxdım. Oturduğum yerdə parketin üstünə su çox dağılmışdı… gizləmişdi əbr içrə mahını… çox dilşikəstənin göyə yetirmişdi ahını… IITbilisinin naməlum səmtində, kirayə qaldığı evin mətbəxində Seymur Baycan tavada qızardılmış toyuq budlarını qabağına çəkib nahar edirdi. Ətini yedikcə dərisini, sümüklərini də səliqə ilə yanındakı balaca nimçəyə yığırdı. Axşam gəzintisində ona yoldaşlıq edən küçə itlərinə verəcəkdi. Tbilisinin isti və quraq yayından qaçıb içəridə kondisionerin altında gizlənməkdən başqa əlac qalmamışdı.“Bilirsən, biz nə qədər fərqli olmağa çalışsaq da, ölkədəki ümumi ab-hava bizə də təsir göstərir,” – Seymur deyirdi. – “Elə mən özüm. Guya israfçılığa qarşı yazılar yazırdım. Ölkəyə gələn neft pullarından quduran azərbaycanlıları tənqid edirdim. Amma hər dəfə Tbilisiyə gələndə gürcü dostlarımı yığıb onlara babat qonaqlıq verirdim.”“Bir də fikirləşirdim ki…” – Seymur burada uzun pauza verdi, sonra toyuğun budundan bir tikə ət qoparıb dəri və sümükləri yığdığı nimçəyə qoydu, – “gürcülərin kasıb olmağı onların öz günahıdır. İstəsəydilər, onlar da bizim kimi varlana bilərdilər…”

Bu söhbətimizin üstündən illər keçirdi. Seymurla bu dəfə görüşməmişdim. Həm də təkcə bu səfər yox. Pandemiyadan sonra Tbilisiyə hər üç səfərimdə Seymur mənimlə görüşməkdən imtina etmişdi. Mən Tbilisidə olanda Seymur acıdil məktublar yazıb münasibətləri pozurdu, elə ki Bakıya qayıdırdım, məktubların tonu dəyişirdi. Dünya görmüş müdrik qocanın xeyir-duası, qürbətdə darıxan ziyalının giley-güzarı… Bəzən də soruşurdu ki, Tbilisiyə gəlmək fikrim varmı?Əyilib yerdən su butulkasını götürdüm. Stolun üstünə qoyub Kərimovdan soruşdum:– Seymurun bu cinayətlə nə əlaqəsi? Smartfon işlətmir. Heç işlədə bilmir.

Kərimov güldü. Qovluqdakı sənədlərdən birini götürüb dedi:

– Deyəsən, bu hekayədə müstəntiq mənəm axı, yoldaş tənqidçi? İcazə verin, sualları mən verim. Siz bir həftə bundan əvvəl Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində səfərdə olarkən görkəmli yazıçı və publisist Seymur Baycanla görüşmüsüz?

– Yox, görüşməmişəm.

– Sonuncu dəfə Seymur Baycanı fiziki olaraq nə vaxt görmüsüz?Həmin görüş detallarına qədər yadımda idi. İki butulka rkatsiteli şərabı alıb Seymurun evinə getmişdim. Şərabları açmaq istəyəndə Seymur gördü ki, tıxac yerinə yivli qapaqla bağlanıb. Əsəbiləşdi. Mətbəxdən özü üçün Saracişvili brendisi gətirdi. Mənim aldığım şərabları da özümə içirtdi. Pandemiyaya hələ altı ay qalırdı.– Pandemiyadan sonra Seymur Baycanı görmüsüz? – Kərimov soruşdu.

– Seymuru axırıncı dəfə pandemiyadan altı ay əvvəl görmüşəm.

– Bəs telefonla danışmısız? Ya da görüntülü zənglə?

– Ancaq məktublaşırıq. Elektron poçtla.

– Elə də bilirdim! – Kərimov yumruğunu masanın üstünə vurdu. Başını çevirib mərhum prezidentin çekist uniformasında portretinə baxdı. Sifətinin vaxtsız qırışları Kərimovun hələ gənc yaşlarından çiyinlərinə ağır məsuliyyət götürdüyünü deyirdi. Gözlərini portretdən çəkib telefonun dəstəyinə əl atdı:

– Anar, bizə iki kofe gətir. Maşında düzəlt. Nescafe olmasın.Kərimov dəstəyi qoyub qovluqdakı sənədləri vərəqləməyə başladı. Birini götürüb diqqətlə oxudu, sonra mənə uzatdı:– Zəhmət olmasa, buna baxın.

Əlimi uzadıb vərəqi Kərimovdan aldım. Seymurun xətti ilə yarı kiril, yarı latın qrafikasında yazılmış bir siyahının fotosurəti idi. Hekayə adlarına oxşayırdı. Hər başlığın yanında q

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
78
kulis.az

1Источники