RU

Zökəm görmə problemlərinə səbəb ola bilər Həkimdən XƏBƏRDARLIQ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bəzən adi zökəm gözlə bağlı problemlərə gətirib çıxara bilər.

Redaktor.az xəbər verir ki, bu haqda həkim-oftalmoloq Anna Toltaeva lenta.ru-ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, bu nadir, lakin təhlükəli fəsad hesab olunur. O izah edib ki, zökəm zamanı burun və burunətrafı sinusların selikli qişası şişir. Nəticədə xırda damarların qan dövranı pozulur, üçlü sinirin budaqları qıcıqlanır və sinusların dəlikləri daralır. Bu isə sinusların daxilində təzyiqin dəyişməsinə səbəb olur.

Toltaeva qeyd edib ki, belə hallarda göz çuxurunda və alın nahiyəsində sıxıcı ağrı hissi yarana bilər. Bundan əlavə, göz qapaqlarında yüngül şişkinlik, göz yaşarması və göz nahiyəsində təzyiq hissi də müşahidə oluna bilər.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
redaktor.az

2Источники