RU

Faiq Ələkbərlinin III cildliyi işıq üzü görüb

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” adlı çoxcilidli əsərinin III cildi “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 

Çoxcildli tədqiqat əsərində XX əsrin sonu və XXI əsrin ilk onilliklərində Azərbaycanda və ümumilikdə Türk dünyasında baş verən fəlsəfi, siyasi və ideoloji proseslər geniş şəkildə araşdırılmışdır. Müəllif xüsusilə milli ideya və ideyaların müasir dövrdə həm Azərbaycanda, həm də türk xalqları arasında aktuallıq dərəcəsini təhlil etmiş, bu istiqamətdə yeni konseptual yanaşmalar irəli sürmüşdür. Tədqiqatda klassik azərbaycançılıq, postklassik azərbaycançılıq və türkçülük təlimi kimi nəzəri baxışlar elmi müzakirəyə daxil edilmişdir.

Əsər fəlsəfə, tarix, politologiya, ədəbiyyatşünaslıq, dilçilik, etnoqrafiya, kulturologiya və digər humanitar sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, monoqrafiya bakalavr və magistr tələbələri, doktorantlar, elmi işçilər və müəllimlər, həmçinin geniş oxucu auditoriyası üçün də faydalı elmi mənbədir.

Kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Əli Abasov və tarix elmləri doktoru Eynulla Mədətli, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovdur.

XQ

Избранный
32
3
xalqqazeti.az

4Источники