RU

“Neftçi”nin Zubiri olacaqmış... Vernidub bu səhvi necə edib?

«Neftçi» Yuri Vernidubun gəlişindən sonra ilk məğlubiyyətini dünən aldı. Üç aylıq seriya «Turan Tovuz»la bitdi.
«Neftçi» azarkeşi doğma komandasını dəstəklədi. Protokoda 4200 yazılıb, amma fikrimizcə, arenaya toplaşanların ümumi sayı 5000 nəfərdən çox idi.
Bakılı fanat 1-90-cı dəqiqə aralığında «Neftçi»nin arxasında dayandı. “Palms Sports Arena ”,bu mövsüm ilk dəfə idi ki, bu qədər dolu görünürdü. Bəli, görünürdü, ancaq...
«Neftçi» tərəfdarını 3 xalla tanış etməyi bacarmadı. Taktiki və fiziki savaş getdi meydanda. Sadəcə, mübarizə gördük, gözəl oyundan danışsaq, dilimiz ağzımızda topuq vurar.
Yuri Vernidubun «Neftçi»ni bu qarşılaşmaya hazırlaya bilmədiyi söyləyək. Ukraynalı rəqibi incələmişdisə belə, bunun hərtərəfli olmadığını deməliyik. Hücumların əsasən sol cinahdan təşkili yanlış seçim idi. Oyunu mərkəzə, Emin Mahmudovun olduğu yerdən qurmaq lazımıydı, nədənsə Vernidub bu addımı atmadı.
Ukraynalı baş məşqçi hava toplarına üstünlük verilməsini tapşırmışdı. Görünür, o, «Turan»la bağlı araşdırma apararkən, yuxulu olub, yoxsa görərdi ki, onlar «ikinci mərtəbə»də daha yaxşıdır. «Turan» çox vaxt qolları belə epizodlardan sonra vurur - ya standart vəziyyətlər işlərinə yarayır, ya da başla fərqlənirlər. «İkinci mərtəbə»də mübarizə Tovuz komandasının ən sevimli işidir, adamlar futbol oynamırlar ki!
«Naval», «naval», «naval»... Axı nə qədər? Mahmudov kimi məhsuldar ara pasları verə bilən, kəsici ötürmələri olan pleymekerdən Vernidubun bu matçda heç cür yararlanmaması təəccüblüdür, deyilmi? Bir saatın tamamında kapitanı əvəzləmək, ilk dəqiqədən ta son dəqiqəyə kimi hava asmalarındən yapışıb qalmaq, «Turan»a «B», «C» variantları təklif etməmək nə deməkdir?
Freddi Varqas, Bassala Sambu və İmad Faraj - heç biri «Neftçi»nin səviyyəsinə bab gəlmir. İllik müqaviləsi 650 min dollara bərabər olan Faraj, görəsən, nə vaxt qol vuracaq, nə vaxt məhsuldar ötürmə verəcək? Guya, «Neftçi»nin Zubiri olacaqmış! Hmm...
Brenno Almeyda dünən meydanda idi. Öz aramızdır, braziliyalı vingeri kim gördü? Kiprdən 100 min avro təzminat qarşılığında transfer edilən, adının iştirak ərizəsinə salınması üçün Peşəkar Futbol Liqasına 200 min manat ödənilən Almeyda bu pula dəymir.
Ümumən, «Neftçi» son həftələrdəki formasından uzaq təsir bağışladı. Yüksəlişdə olduğunu söyləyirdik komandanın, lakin rəy bildirməyə tələsmişik demək.

MUSA

Избранный
67
sportinfo.az

1Источники