RU

SEPAH Hörmüz boğazı ilə bağlı ŞƏRT QOYDU: Yalnız bu halda icazə veriləcək

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ABŞ və İsrail səfirlərini ölkəsindən çıxaran istənilən dövlətə Hörmüz boğazından sərbəst keçid hüququ veriləcək.

Musavat.com xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

Bildirilib ki, belə qərar verən istənilən ərəb və ya Avropa ölkəsi növbəti gündən etibarən Hörmüz boğazından maneəsiz keçid əldə edəcək.

“Ərazisindən İsrail və ABŞ səfirlərini çıxaran hər hansı ərəb və ya Avropa dövləti növbəti gün Hörmüz boğazından tam sərbəst keçid hüququ qazanacaq”, - deyə məlumatda qeyd olunur.

Musavat.com

Избранный
34
2
musavat.com

4Источники