RU

İranın potensial zərbə ssenariləri

Yaxın Şərqdə İran, ABŞ və İsrail arasında gərginlik artdıqca Tehranın mümkün cavab addımları da beynəlxalq analitiklərin diqqət mərkəzinə düşür.

Publika.az xəbər verir ki, New York Times nəşrində yayımlanan təhlildə İranın hələ də “eskalasiya nərdivanında” qalxa biləcəyi bir sıra pillələrin olduğu qeyd olunur.

Nəşrin yazdığına görə, Tehran istəsə regionu ciddi humanitar və enerji böhranına sürükləyə biləcək addımlar ata bilər. Məsələn, İranın duzsuzlaşdırma zavodlarını hədəfə alması Körfəz ölkələrində böyük su böhranına səbəb ola bilər.

Digər mümkün ssenarilərdən biri isə enerji infrastrukturlarının vurulmasıdır. İran boru kəmərlərinə zərbələr endirməklə region ölkələrinin enerji sistemində ciddi xaos yarada bilər.

Təhlildə qeyd olunur ki, əgər ABŞ və İsrail İranın əsas neft ixrac mərkəzi sayılan Xarq adasını hədəfə alarsa, Tehran buna cavab olaraq BƏƏ-dəki Fuceyra, həmçinin İsrailin Cəzirə və Leviaatan enerji layihələri kimi strateji obyektlərinə zərbələr endirə bilər.

Избранный
70
1
publika.az

10Источники