RU

Bernardo Silva “Mançester Siti”dən Fransa klubuna keçə bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Fransa klubu PSJ-nin marağına səbəb olub.

İdman.Biz bildirir ki, yarımmüdafiəçinin Mançester klubundakı son mövsümünü keçirməsi ehtimal edilir.

Jurnalist Ekrem Konurun sosial media hesabında verdiyi məlumata görə, “Siti” kapitanının müqaviləsi bu yay bitir və hazırda heç bir uzatma danışıqları aparılmır.

Mənbənin məlumatına görə, PSJ 31 yaşlı portuqaliyalı ilə maraqlanır və mövsümdən sonra onu pulsuz transferə imzalamağı düşünür. Türkiyənin “Qalatasaray” və Kataloniya təmsilçisi “Barselona” da Silvanı izləyir.

Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 38 oyuna çıxıb, iki qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 27 milyon avrodur.

İdman.Biz
Избранный
92
3
idman.biz

4Источники