RU

Ekvadorda DƏHŞƏT: Rəqibinin ayağını sındırdı, meydan müharibə zonasına döndü – VİDEO

Ekvadorda futbol matçında futbolçunun ayağı qırılıb., meydan qarışıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ekvadorda keçirilən futbol matçlarından biri faciəvi hadisə və kütləvi dava ilə yadda qalıb.

Oyun zamanı futbolçulardan biri rəqibinə qarşı olduqca sərt və təhlükəli sürüşmə fəndi (podkat) tətbiq edib.

Zərbənin təsirindən rəqib oyunçunun ayağı dəhşətli şəkildə qırılıb.

Bu sarsıdıcı hadisədən dərhal sonra yaşıl meydanda vəziyyət nəzarətdən çıxıb. Hər iki komandanın üzvləri arasında kütləvi dava başlayıb.

Futbolçular və texniki heyət bir-birinə qarşı fiziki zorakılıq tətbiq ediblər.

Xəsarət alan futbolçu təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
49
interpress.az

1Источники