RU

Meksikanın İrandakı səfirliyi Bakıda fəaliyyət göstərəcək - AÇIQLAMA

Meksikanın İrandakı səfirliyi bundan sonra fəaliyyətini Bakıda davam etdirəcək. Bu barədə Azərbaycana təxliyə olunan Meksikanın İrandakı səfiri Guillermo Alejandro Puente Ordorica jurnalistlərə bildirib. Səfir media nümayəndələrinə açıqlamasında Azərbaycanın dost ölkə olduğunu bildirib və Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud olduğunu qeyd edib:

"Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə burada yerləşdirək. Buna görə mən və komandam buradayıq. Göründüyü kimi, İranda vəziyyət mürəkkəbdir və bu bizim buraya gəlməyimizin səbəblərindən biridir."

Mətləb

Избранный
71
13
sia.az

10Источники